Əlaqə Arxiv
news Image
2019.02.11
10:49
| A A A
Azərbaycanda mövsümi qriplə bağlı məlumatlar bu sistemə daxil edilir-YENİLİK

"Azərbaycanda mövsümi qriplə bağlı vəziyyət stabildir. Xəstəxanalara müraciət edən bütün xəstələrlə bağlı məlumatlar elektron müşahidə sisteminə daxil edilir. Heç bir xəstə ilə bağlı məlumat gizlədilmir".


Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva  söyləyib. A. Əliyeva deyib ki, infeksion xəstəliklərlə bağlı müraciət edən xəstələr barədə məlumatlar elektron müşahidə sisteminə daxil edildikdən sonra, oraya laborator müayinənin təsdiqi barədə məlumat da daxil edilir: "Bu sistemi RGEM, eləcə də Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı da görə bilir. Rayonlarda isə infeksion xəstələrlə bağlı məlumatlar rayon GEM-ləri tərəfindən elektron məlumat sisteminə daxil edilir. Bu sistemdəki məlumatlar göstərir ki, hazırda ölkədə mövsümi qriplə bağlı vəziyyət stabildir. Kəskin respirator xəstəliklərdə də artım müşahidə olunmur". 
Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz