Əlaqə Arxiv
news Image
2019.02.11
11:42
| A A A
Polis Bakıda ƏMƏLİYYAT keçirdi, keçmiş məhkumdan odlu silah və sursat aşkarlandı

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz