Əlaqə Arxiv
news Image
2019.02.12
08:00
| A A A
Vətəndaş rifahı sosial siyasətin başlıca meyarıdır
Minimum əmək haqqının səviyyəsi əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına uyğunlaşdırılır

Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Minimum əmək haqqının birdən-birə 38,4 faiz artırılması ciddi sosial sıçrayışdır və əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Məsələ burasındadır ki, artım birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və  özəl sektorda işləyən 150 min nəfər bu sərəncamdan faydalanacaq. Bu da o deməkdir ki, dövlət sektoru üzrə 450 min işçinin əmək haqqı 30 faiz, özəl sektor üzrə 150 min işçinin əmək haqqı isə 15-20 faiz artacaq. Bununla yanaşı vergi və sığorta yığımları 150-200 milyon artacaq. Xüsusən də bu artım nəticəsində qadınların orta aylıq əmək haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq.

Bu qərar Azərbaycan dövlətinin son 15 ildə apardığı sosial siyasətin ən yüksək təzahürü sayılmalıdır. Belə ki, 2004-cü ildə 100000 manat (20 AZN) olan minimum əmək haqqı artıq 180 manatdır. İndiyədək hər il artım olsa da sonuncı qədər yüksək artım olmamışdı. Bununla dövlət Avropa sosial xartiyasına qoşulmaqla üzırinə götürdüyü öhdəliyi də yerinə yetirmiş olur. Belə ki, bu xartiyanın tələblərinə görə ölkədə minimum əmək haqqı orta əmək haqqının 60 faizindən az olmamalıdır.

Bu sərəncam əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində ciddi dönüş yaradacaq. İşəgötürənlərin isə öhdəliyi artacaq. Belə ki, heç bir sahibkarln öz işçisinə 180 manatadan az maaş verməsi artıq qanun pozuntusu sayılır və bu pozuntuya görə cəza veriləcək. Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. İndi adambaşına 168 manat aylıq gəliri olanlar yoxsulluq həddində olan insanlar hesab olunur. Minimum əmək haqqının yeni səviyyəsinin tətbiqi ilə yoxsulluğun qiymətləndirilməsi üçün istifadə edilən indeksdə də dəyişiklik baş verəcək və ilin axırınadək ölkədə cəmi 5 faiz olan yoxsulluq faizinin daha da azalacağı ehtimalı böyükdür. Düzdür, yoxsulluğun indeksi yüksələ bilər. Amma hər bir halda müəyyən irəliləyişin olması labüddür. Çünki, sosial məqsədi əsas tutan dövlət başçısı minimum əmək haqqının birdən-birə yüksək artırmaqla bu rasionallığı təmin edib. Ekspertlərin fikrincə, minimum əməkhaqqının 50 manat qaldırılması inflyasiyaya o qədər də təsir etməyəcək. Yəni əhalının alıcılıq qabiliyyətinin artmasına nisbətən inflyasiya aşağı olacaq. Bu amil hökumətin sosial siyasətinin mükəmməl hesablamalarla apardığını təsdiqləyir. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi sahəsində aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə, eləcə də minimum əmək haqları 9 dəfə artırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu tezis faktiki olaraq həyatda o qədər tez-tez sübutunu tapır ki, artıq aksiomaya çevrilib. Çətinliklərə baxmayaraq, dövlət başçısı bu yolda bütün maniələri dəf etməyi bacarır, əhalinin güzəranının səviyyəsini yüksəltmək üçün problemləri sosial yanaşma metodu ilə aradan qaldırır. Minimum əmək haqqının son artımı

insan həyatı və ailə üçün zəruri olan minimum nemətlərə zəmanət verəcək. Ancaq bu, heç də hər şey demək deyil. Sosial siyasət əhalinin artan tələbatlarının ödənilməsi üçün uyğun şəkildə davam etdirilir və mnimum əmək haqqının artması hər il baş verən prosesin əsas arqumentidir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz