Əlaqə Arxiv
news Image
2019.02.12
16:38
| A A A
Milli Aviasiya Akademiyasının tələbələrinə sertifikatlar verildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında artıq 3-cü ildir ki, vikipediya üzrə təlimlər keçirilir. Bu dövr ərzində vili-könüllülərdən ibarət 40-dan artıq qrup ödənişsiz əsaslarla təlimlərdə iştirak edib, maariflənmə imkanından bəhrələnib. Sevindirici haldır ki, Mərkəzi Elmi Kitabxananın təşkil etdiyi təlimlərin günü-gündən səmərəsi artır. Kitabxananın “Vikipediya Metodik Mərkəzi” tərəfindən keçirilmiş təlimlərin bu dəfəki iştirakçıları Milli Aviasiya Akademiyasının tələbələri olub. Bir aylıq təlim müddəti ərzində keçirilən “Vikipediyada məqalələrin yaradılması və redaktəsi” adlı təlim kursunu uğurla başa vuran könüllülər sertifikatla təltif olunublar. Mərkəzi Elmi Kitabxananın Sərbəst Elektron Resurslar şöbəsinin müdiri Elnur Eltük iştirakçılara müraciət edərək, təlimlərdə alınan biliklərin davamlı tətbiqinə səsləyib, viki-könüllülərə uğurlar arzulayıb və müxtəlif dilli vikipediyalarda Azərbaycanın tarixini, mədəniyyətini, görkəmli şəxslərini daha çox elmi mənbələrə əsaslanaraq işıqlandırmağa səsləyib. Kitabxananın bölmə rəhbəri Günay Məmmədova onu da bildirib ki, Mərkəzi Elmi Kitabxananın "Vikipediya Metodik Mərkəzi” nin könülləri təlimlərdən sonra bir peşəkar təlimçi kimi də yetişirlər. "Milli Aviasiya Akademiyasının tələbələri qısa müddət ərzində texnika və aviasiya mövzuları üzrə Vikipediyada 200-dən artıq məqalə yerləşdirərək Vikipediyaya öz töhfələrini veriblər”, - deyə Günay Məmmədova qeyd edib. Təlimlər yeni iştirakçılar üçün davam edir. Təlimçilər – SER şöbəsinin Təlimlər üzrə bölmə rəhbəri Günay Məmmədova, mütəxəssislər Rəcəb Həsənbəyov və Nuray Tanrıverdiyeva tərəfindən aparılır. Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 143 min 351 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Belə ki, sayı 700-ü aşmış fəal iştirakçıların çalışmaları nəticəsində Azərbaycan dillində Vikipediya ümumi siyahıda 50-ci pilləyə qalxıb. MEK-in “Sərbəst elektron resuslarla iş” şöbəsinin əməkdaşları tərəfindən vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə vikipediya ilə bağlı görüşlər və tədbirlər müntəzəm təşkil edilir. Qeyd edək ki, təlimlər tam ödənişsiz keçirilir. Təlimlərdə iştirak etmək arzusunda olan şəxslər aşağıdakı ünvana müraciət edə bilərlər: Əlaqə:055-375-59-34 e-mail: [email protected]

Sizin Reklam Yeriniz