Əlaqə Arxiv
news Image
2019.02.13
12:15
| A A A
Qida Təhlükəsizliyi Agentliyi vitrinində siçovul gəzişən şirniyyat mağazası ilə bağlı araşdırmalara başladı-RƏSMİ

Dünən paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində şirniyyatların üzərində siçovul gəzdiyini əks etdirən video geniş müzakirəyə səbəb olub. Movqe.az-a Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq həmin video ilə əlaqədar AQTA tərəfindən araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər".

Zülfiyyə QULUYEVA

 

 

 

Sizin Reklam Yeriniz