Əlaqə Arxiv
news Image
2019.02.13
20:11
| A A A
Masallının Xallıcalı kəndində modul tipli məktəb binasının açılış mərasimi olub

13 fevral 2019-cu il tarixdə Masallı rayonunun Qarğalıq ərazisində şəhid Elşən Qarayev adına Xallıcalı kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb binasının açılışı mərasimi olmuşdur. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etmişdir ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.
Kənd ağsaqqalı, şəhid atası Rəhman Qarayev və valideyn Nurəddin Əliyev həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Çıxış edənlər onu da bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov fərəhlə bildirdi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. Xallıcalıda layihənin həyata keçirilməsi sevindirci haldır. Bundan əvvəl də
rayonun bir neçə kəndində belə tədbirin reallaşğını açıqlayan sözçü hamının adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Sinif otaqlarına baxış keçirildi.
96 yerlik Xallıcalı kənd ümumi orta məktəbində 103 şagird təhsil alacaq. Məktəbdə 9 sinif otağı, direktor və müəllimlər otağı mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.

Əlihüseyn Şükürov.
 

Sizin Reklam Yeriniz