Əlaqə Arxiv
news Image
2019.02.14
15:34
| A A A
Təhsil Nazirliyi onların fəaliyyətini tənqid edən eksperti süründürməçiliyə məruz qoyub-AÇIQLAMA

Təhsil Nazirliyi təhsil üzrə tanınmış ekspert, təhsil sahəsindəki nöqsanları çəkinmədən tənqid edən Kamran Əsədovun sahibkarlıq fəaliyyətinə süni maneə yaradır. Movqe.az-ın məlumatına görə, bu barədə K. Əsədov Facebook sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. K. Əsədov bildirir ki, 2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihənin həyata keçirilməsinə başlayıb: "Təhsil layihəmin maliyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi. Yəni bina, infrastruktur tam şəkildə nazirlər Kabinetinin məktəblərlin tikintisi ilə bağlı 171 saylı qərarının bütün tələblərinə uyğun olaraq hazırlandı. 

Ardınca lisenziya almaq prosesinə başladım. Amma eləcə başladım. Çünki liseyin nizamnaməsinə rəy vermək üçün müraciət etdiyim Təhsil Nazirliyi nizamnaməyə rəy vermir. Özüdə nə az, nə çox, 5 aydır ki, get – gələ salır və hər müraciətə də əsassız imtina yazır. Maraqlısı və gülünc tərəfi odur ki, onlara təqdim etdiyim nizamnamə mənim müraciətimdən 10 gün əvvəl lisenziya verilmiş liseyin nizamnaməsidir. Yəni sadəcə olaraq orda liseyin adı və təsisçinin adı dəyişib. Necə olur, onlar həmən nizamnaməni təqdim edəndə təstiq edirlər, amma eyni, onların 10 gün əvvəl təstiq etdiyi nizamnaməni mən təqdim edəndə imtina edirlər?
Özüdə hər müraciətə 30 iş günündə, yəni azı 45 gün ərzində baxırlar. Sonuncu rəylərində 3 bəndin dəyişdirilməsini bildiriblər. Məndə o 3 qeydi dəyişib yenidən müraciət etmişəm. Yeni müraciətin üstündən 10 gün keçib, maraqlanıram, deyirlər ki, sizin müraciətinizin icra müddəti 27 martda başa çatır. Axı mən yeni sənəd təqdim etməmişəm, eyni nizamnamədir və siz ona əvvəl 45 günə baxmısız, indi həmən 3 dəyişikliyə baxın, rəyi verin gedək işimizlə məşğul olaq. Yoxsa bu şəxsi qərəz nədir? Özüdə dəhşətlisi odur ki, liseylə bağlı nazirliyin bir çox rəhbərliyi ilə görüşmüşəm, danışmışam. Amma gördüyüm odur ki, onlar məsələyə şəxsi zəmində baxırlar, onlar təhsilin inkişafında, məktəb açılmasında maraqlı deyillər.
21 iyun 2018-ci ildə elə təhsil nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov dedi ki: "Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar". Hörmətli Əli müəllim, mən ölkəyə sərmayə cəlb edib sizin dediyinizi etmişəm, amma indi məmurların təsiri, müdaxiləsi ilə bunu tamamlaya bilmirəm. 
Yaratdığım lisey ölkədə dizayn, infrastruktur baxımından ən yaşılarından biridir. Mən bunu Türkiyədə, Gürcüstanda da yarada bilərdim. Amma Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı demişdi: “ Mən xaricdəki iş adamlarımızı Azərbaycana sərmayə qoymağa dəvət edirəm”. Mən də ölkə prezidentinin bu çağırışına səs verib rahatlıqla təhsil layihəmə ayrılan vəsaiti ölkəyə yatırdım. 
Prezident İlham Əliyev 23 Yanvar 2018 - ci ildə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda demişdi: “ özəl sektora dövlət dəstəyi var və bundan sonra özəl sektorun dəstəklənməsi siyasəti davam edəcəkdir”.
Amma təhsil nazirliyi prezidentin bu istək və çıxışlarına qarşıdır. Süni yolla maneə yaradırlar. İmkan vermirlər ki, özəl liseyimiz fəaliyyətə başlasın. Təkrar yenədə deyirəm ki, onlara özlərinin təstiq etdiyi nizmnamənin eynisini təqdim etmişəm. Müddəti isə süni şəkildə, əsassız olaraq uzadırlar. 
Açılan hər bir məktəb, hər bir lisey təhsilin inkişafı üçün əhəmiyyətlidir. Amma belə başa düşürəm ki, təhsil Nazirliyi məktəbin yox, restoranın açılmasında maraqlıdır. Yoxsa hətta nazirliyin rəhbərliyi səviyyəsində belə bilinən məsələm 5 aydır süni şəkildə uzaldılmazdı. Onlar istəyir ki, investor ölkəni tərk etsin. Bu lisey nə qədər iş yeri, nə qədər dövlət büdcəsinə vergi, DSMF, komunal ödənişlər deməkdir.
Bu məsələ ilə bağlı nazirliyin bütn səlahiyətli şəxslərinin rəsmi qəbulunda omuşam, amma təəsüf ki, heç biri verdiyi vədi yerinə yetirməyib".

Sizin Reklam Yeriniz