Əlaqə Arxiv
news Image
2019.02.15
19:04
| A A A
Masallı rayonunda “Cəfər Cabbarlı-120” mövzusunda tədbir keçirilib
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illiyinə həsr olunur

15 fevral 2019-cu il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Cəfər Cabbarlı-120” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeddioymaq 2 nömrəli orta məktəbin 8-ci və 9-cu sinif şagirdləri, müəllimlər iştirak etdilər.
İlk öncə şagirdlər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən MKS-in 32 saylı filialında Cəfər Cabbarlının kitabları ilə daha yaxından tanış oldular. Daha sonra Mərkəzin direktoru Dilbər İbayeva tədbiri açıq elan etdi. O, bildirdi ki, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri  1911 -ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915 -ci il  aprel ayının 3 -də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdu. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur.  2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilikvə müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.
Ulu öndər Heydər Əliyev Cəfər Cabbarlı yaradıcılığına hər zaman ehtiramla yanaşıb və ən gözəl ifadələrlə onun şəxsiyyətini tərənnüm edib. Məhz buna görə də, böyük dramaturqun adının əbədiləşdirilməsi, əsərlərinin geniş şəkildə nəşr olunması üçün əsaslı qərarlar qəbul edilmışdir. Bütün bunlar Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərilən diqqət və qayğının təzahürüdür. 
Sonda Cəfər Cabbarlının həyat və yaradıcılğı haqqında videomaterial nümayiş olundu.
                                                             

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz