Əlaqə Arxiv
news Image
2019.02.18
11:39
| A A A
Bu marşurutlar üzrə avtobuslarda gediş haqqı kartla ödəniləcək-Rəsmi

“Ötən il daşıyıcılar tərəfindən gətirilən və hazırda müxtəlif marşrutlar üzrə istismarda olan avtobuslar bu il ərzində kart sisteminə keçiriləcək”. Bu barədə Movqe.az saytına Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. M. Ağayev bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır. Agentlik sözçüsünün sözlərinə görə,  eyni zamanda paytaxta gətiriləcək yeni 300 ədəd avtobus da xəttə buraxılan zaman kart sistemi ilə çalışacaq.
M. Ağayev hazırda Bakıda 500 avtobusda gediş haqqının  nağdsız qaydada, BakıKart vasitəsi ilə aparıldığını, bu il bu sistemin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsinin planlaşdırıldığını söyləyib. 

Qeyd edək ki, hazırda paytaxtda müxtəlif marşurutlar üzrə 700-ə yaxın avtobusda gediş haqqı nağd şəkildə ödənilir. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz