Əlaqə Arxiv
news Image
2019.02.18
14:15
| A A A
Əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanının vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən Movqe.az-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz