Əlaqə Arxiv
news Image
2019.02.18
18:30
| A A A
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beyləqan rayonundakı Yeni Xocavənd qəsəbəsində məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Dövlət Komitəsindən Movqe.az-a bildirilib ki, qəbulda məcburi köçkünlərin hər birinin müraciətinə fərdi qaydada baxılıb. Müraciətlərin əksəriyyəti mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, kommunal xidmətlər, status və digər məsələlərlə bağlı olub.

Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Birinci vitse-prezident Mehriban Əliyeva qəzalı və yararsız binalarda ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Bildirilib ki, indiyədək onlar üçün bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 102 qəsəbə salınıb və hazırda respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Beyləqan rayonu ərazisində 146 fərdi ev tikilir. Bu evlər ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinə veriləcəkdir.

Vətəndaşların qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Sizin Reklam Yeriniz