Əlaqə Arxiv
news Image
2019.02.18
15:06
| A A A
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirib.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, Abşeron və Bakının Binəqədi rayonlarından ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirak etdikləri seminar zamanı qeyd olunub ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Bildirilib ki, məcburi əmək üçün əsasən kənd təsərrüfatı, ev işlərinin görülməsi, tikinti, mədən sənayesi, kərpic və daş istehsalı, emal və qablaşdırma və digər sahələr riskli hesab olunur.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb.

Sizin Reklam Yeriniz