Əlaqə Arxiv
news Image
2019.02.18
16:43
| A A A
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Dövlət Yol Polisi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. 

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 18-dən 19-na keçən gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

"BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək yol qəzaları və diqər xoşagəlməz halların qarşısının alınması üçün, avtomobilləri idarə edərkən sürücülər diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcədə kəskin tormazlama etməmələri tövsiyə olunur”, -Dövlət Yol Polisindən bildirilib. 

Qeyd olunub ki, qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri onların özləri, eləcədə digər hərəkət iştirakçıları üçün təhlükə yaratma ehtimalı yüksəkdir: "Bunu nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur".

Sizin Reklam Yeriniz