Əlaqə Arxiv
news Image
2019.02.18
16:56
| A A A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Consulting&Business” jurnalı tərəfindən “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur-2018” Milli Mükafatına layiq görülüb. Mükafat nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib.

Movqe.az xəbər verir ki, tədbirdə bildirilib ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətllərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır.

F.Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinə görə ““Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.

Tədbirdə Nazirliyin 2018-ci ildə həyata keçirdiyi islahatlara və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanması 2018-ci ilin mühüm uğurlarındandır. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vahid platformadan “bir pəncərə”dən göstərilməsinə, ölkəmizin bu sahədə yeni brendinin formalaşmasına imkan verəcək.

Ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə indiyədək 6654 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib, cari ildə azı 800 mənzil həmin kateqoriyadan olanlara veriləcək. Həmçinin ötən il Qarabağ müharibəsi əlillərinə 265 minik avtomobil, ötən dövrdə 6144 avtomobil verilib.

Cənab Prezidentin humanist təşəbbüsü ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanması 2018-ci ilin mühüm sosial önəm kəsb edən tədbirlərindən biri olub. 12268 şəhiddən artıq 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib və bu proses cari il ərzində başa çatacaq. Dövlət başçısının 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Onlardan artıq 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik

biznesə çıxış imkanı əldə edib. 2019-cu ildə daha 7-8 min aztəminatlı ailə bu proqrama cəlb olunacaq.

Dövlət başçısının təşəbbüsü ilə hazırlanaraq cari ilin əvvəlindən icrasına başlanan ”İşsizin DOSTu” proqramı 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına imkan verib. Onlardan artıq 25 mindən çoxu ictimai-faydalı xarakter daşıyan işlərlə təmin olunub. Prezident cənab İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılmış infrastrukturu fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz