Əlaqə Arxiv
news Image
2019.02.19
18:30
| A A A
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib

Xəbər verdiyimiz kimi fevralın 18-də Masallı rayon Mərkəzi kitabxanasında görkəmli ədib Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da dramaturgiya janrında yazdığı gözəl əsərləri ilə tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca maraqlı səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.   

Movqe.az xəbər verir ki, Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin sistem inzibatçısı Aygül Mirzəzadə yazıçının çoxşaxəli ədəbi yaradıcılığının mühüm istiqamətlərindən biri olan dram əsərləri haqqında tədbir iştirakçılarına məlumat verib.
                                                               

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz