Əlaqə Arxiv
news Image
2019.02.19
17:55
| A A A
Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurlandı

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Sizin Reklam Yeriniz