Əlaqə Arxiv
news Image
2019.02.20
10:43
| A A A
Abortun edilməsi qaydaları sərtləşdirilir-Yeni qanunda yeni qadağa

Azərbaycanda hamiləliyin 12 həftəsindən sonra sosial vəziyyətə görə dölün  abort edilməsi qaydaları sərtləşdiriləcək. Bu barədə Movqe.az-a eksklüziv açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, hazırda sosial vəziyyətinin, maddi durumunun ağır olduğunu əsas gətirərək hamiləliyin 12 həftəsindən sonra sonlandırılması təkcə bir həkimin qərarı ilə mümkün idi. Amma  "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbulu abortun 12 həftədən sonra sosial təyinatına görə aparılması qaydasını sərtləşdirəcək: “ Indiki qaydada abortun 12 həftədən sonra pozulması həkimin qərarı ilə mümkündür. Tutaq ki, hər hansı bir qadın ailə vəziyyətlərinin ağır olduğu, ərinin işləmədiyi, yaxud da əlil olduğunu əsas gətirib hamiləliyin 12 həftəsindən sonra abort etdirə bilirdi. Amma  yeni qanunla buna bir həkim yox, konsiliumun qərar verəcək. Yalnız konsiliumun qərarından sonra sosial duruma görə aborta icazə veriləcək”.

M. Quliyevin sözlərinə görə, Milli Məclisin yaz sessiyasında qəbulu nəzərdə tutulan "Reproduktiv sağlamlıq haqqında" qanunda abortun aparılması ilə bağlı istisnalar var: “İrsi xəstəlik varsa hamilə qadın uşağı abort etdirə bilər. Amma hətta sonsuzluq problemi yaşayan qadınlara belə süni mayalanmadan sonra 
uşağın cinsinin öyrənilməsinə icazə verilməyəcək”.

Zülfiyyə QULUYEVA   

 

Sizin Reklam Yeriniz