Əlaqə Arxiv
news Image
2019.02.20
11:57
| A A A
Ölkənin avtomobil yollarındakı SON VƏZİYYƏT (VİDEO)

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ölkə ərazisindəki avtomobil yollarının son vəziyyəti ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.

Giləz-Xızı avtomobil yolunda səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpimb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəkidə avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul-Ucar-Yevlax avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Şəki (Göybulaq) avtomobil yolunda yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunday ağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır

Masallı-Yardımlı avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran-Lerik avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.

 

 

Sizin Reklam Yeriniz