Əlaqə Arxiv
news Image
2019.02.20
19:38
| A A A
Masallıda Xocalı Soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı “ Xocalı Harayı” mövzüsunda tədbir keçirildi

RəhimTağıyev adına Masallı Tarix - Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı “ Xocalı Harayı” mövzüsunda tədbir keçirildi. 
Muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi ƏntiqəTağıyeva Xocalı soyqırımı zamanı həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad edməklə tədbiri açıq elan etdi. Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqrım tarixdə analoqu çox az olan hadisələrdən biri kimi qiymətləndirərək,heç vaxt unutmamağa çağırdı.
Soyqırım haqqında ətraflı məlumatı gənc nəsillərə çatdırmaq üçün muzeyin elmi işçisi Həbib Ağayev məruzə etdi. O, qeyd etdi ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. -"Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur,- deyə muzeyin elmi işçisi Həbib Ağayev bildirdi.
Tədbirdə həmçinin Masallı Rayon Ağsaqqallar Şurasının sədri, “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf  Niftiyev, Masallı rayon MƏSQVŞ sədri M.Şiriyev, QMƏV və Şəhid Ailələri İctimai Birliyinin Masallı Rayon filalının sədri N.Rəhimov, Şuşadan köçkün olan şəhər 4 nömrəli məktəbin hərbi müəllimi R.Abbasov çıxış edərək ermənilərin keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hucum etmələrini, günahsız körpələriqocaları, qadınları vəhşicəsinə, amansızca qətlə yetirmələrindən danışdılar.
Natiqlər tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq,üçrəngli bayrağımız Şuşada, Xıcalıda sancılacağını soylədilər. 
Şəhidlərimizə Allahdan rəhmət dilədilər.
Tədbirin sonunda uşaqların ifasında ədəbii-bədii kompazisiyaya göstərildi və muzeyin ekspozisiyasında Xocalı soyqırımını özündə əks etdirən foto sərgiyə baxış keçirildi.
                                                                                        

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz