Əlaqə Arxiv
news Image
2019.02.22
12:45
| A A A
Üçəmlər dünyaya vaxtında gəlib

Quba rayonundakı 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Mirzəyeva üçəm körpə dünyaya gətirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, körpələr bu gün səhər saatlarında Qusar rayonunun mərkəzi xəstəxanasında dünyaya gəliblər və onların üçü də oğlandır.

Uşaqların çəkisi 2,8, 2,7 və 1,8 kiloqramdır. Ananın müalicə həkiminin sözlərinə görə, İlahə Mirzəyeva ikinci dəfədir ki, övlad dünyaya gətirir. O, birinci övladını evliliyindən 7 il sonra dünyaya gətirib. 2,5 il fasilədən sonra bir qız anası olan İ.Mirzəyeva yenidən həkimə müraciət edib və müalicələrdən sonra arzusuna çatıb.

Körpələrin və ananın vəziyyəti normaldır. Qusar rayon doğum şöbəsinin müdiri Anjela Əlifxanova üçəmlərin vaxtında dünyaya gəldiyini və körpələrin səhhətində problem olmadığını bildirib.

Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, doğum evində sonuncu dəfə üçəm 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.

Sizin Reklam Yeriniz