Əlaqə Arxiv
news Image
2019.02.23
12:35
| A A A
Nazirlik müasir toxumçuluq laboratoriyası yarada bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müasir toxumçuluq laboratoriyası yaratmağı nəzərdə tutur.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

S.Salmanov bildirib ki, bundan başqa, qapalı kök sistemli tingliyin yaradılması da planlaşdırılır. Meşələrin modernləşdirilməsi istiqamətində görüləcək meşə təsərrüfatı tədbirlərindən biri müasir texnikaların alınması olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, tədbirlərin həyata keçirilməsi nəticəsində meşə təsərrüfatının idarə olunmasında ciddi dönüş əldə ediləcək. Bununla da meşə ehtiyatlarının davamlı və dayanıqlı istifadəsinə nail olunacaq.

Sizin Reklam Yeriniz