Əlaqə Arxiv
news Image
2019.02.23
21:30
| A A A
Bərdə sakinindən narkotik vasitələr, odlu silah və saxta əsginaslar götürülüb

Bərdə şəhər sakinindən narkotik vasitələr, müvafiq sənədləri olmayan odlu silah və saxta əsginaslar aşkar edilərək götürülüb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini S.Salmanzadənin evinə baxış zamanı 170,49 qram heroin, 11,01 qram tiryək, 19,79 qram marixuana, 63 ədəd çətənə toxumu, 30,86 qram metamfetamin, 8,39 qram metadon, 2,24 qram kalsium-permanqanat, 10 ədəd tramadol həbləri, 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri, 18 ədəd müxtəlif çaplı patron, 1 ədəd 100, 1 ədəd 50, 1 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz