Əlaqə Arxiv
news Image
2019.03.14
17:45
| A A A
ÜST rəsmisi: “Vərəmə yoluxan insanlara qız verilmir”

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana vərəmlə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün bütün yardımları göstərməyə hazırdır” 

Movqe.az xəbər verir ki, bunu Milli Məclisdə “Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Hande Harmancı deyib.
Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanunun 2001-ci ildə qəbul edildiyini xatırladan Harmancı bildirib ki, bu qanuna yenidən baxılması vacibdir. 

“Vərəm dünyanın ən qədim xəstəliklərindəndir. Bu gün bəzi ölkələrdə “vərəm damğası” problemi var. Vərəmli insanlara qız, iş verilmir, vərəm damğasına qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır. Amma yenə də görülməli işlər var”. 

Sizin Reklam Yeriniz