Əlaqə Arxiv
news Image
2019.03.15
10:43
| A A A
Narkoman uşaqların sayı açıqlandı-15-17 yaşlılar da var -EKSKLÜZİV


Azərbaycanda ötən il qeydiyyata alınan narkomanların 9 nəfərinin 15-17 yaşı var.  Movqe.az-a bu barədə açıqlamanı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər səlahiyyətlərini icra edən Leyla Yolçiyeva verib. L. Yolçiyeva bildirib ki, narkomaniyanın cavanlaşması ciddi problemə çevrilir: “Ölkəmizdə narkomaniyanın cavanlaşdığını görmək üçün sadəcə statistikaya diqqət etmək yetərlidir. 2018 ci il üçün yaş həddinə nəzər salsaq görərik ki, ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. 15-17 yaşlı narkomanların sayı 9 nəfər, 18-24 yaşlı 1734 nəfər, 25-29 yaşlı 4367 nəfər, 30-34 yaşlı 4722 nəfər, 35-39 yaşlı 4841 nəfər, 40-44 yaşlı 3856 nəfərdir. 45-49 yaşlı 3581 nəfər, 50-54 yaşlı 3078 nəfər, 55-59 yaşlı 2405 nəfər, 60-64 yaşlı 1865 nəfər, 65 yaşdan yuxarı isə 974 nəfər narkotik istifadəçisi var”.


L. Yolçiyeva bildirir ki, narkotik istifadəçiləri arasında uşaqların olması daha böyük narahatlıq yaradan faktdır. Həmsöhbətimiz qeyd edir ki, bunun səbəbi əsasən narkotik maddə biznesi ilə məşğul olanların daha çox uşaqları narkomaniyaya cəlb etməkdir: “Onlar hazırda tərkibində narkotik olan saqqızları uşaqlara paylayaraq onları bu bəlaya düçar edirlər. Bu gün məktəb yaşlı şagirdlər narkomaniyaya əsasən bu yolla cəlb edilir. Narko işbazlar dərsdən yayınan uşaqları daha asan çox hədəf seçirlər. Hansı ki, həmin şəxslərin çoxu həm narkotik maddələrdən istifadə edir, həm də onun satışı ilə məşğul olurlar”. 
Ofis səlahiyyətlisi bildirir ki, uşaqları narkomaniyanın caynağına düşməkdən xilas etməyin əsas yolu onların dərsə dəvamiyyətinə diqqət göstərmək, dərsdən yayınmasının qarşısını almaq və narkomaniya barədə onları məlumatlandırmaqdır.
Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz