Əlaqə Arxiv
news Image
2019.03.15
10:47
| A A A
Azərbaycanda narkomanların sayı artıb-ŞOK statistika-ÖZƏL

Azərbaycanda narkomanların sayı artıb. Bunu Movqe.az-a açıqlamasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər səlahiyyətlərini icra edən Leyla Yolçiyeva söyləyib. O, bildirib ki, son 1 il ərzində Azərbaycanda 1301 yeni narkotik istifadəçisi qeydiyyata alınıb: “Səhiyyə nazirliyindən bizə verilən məlumatlara əsasən 2018-ci ildə ölkəmizdə 31432 nəfər narkoman rəsmi olaraq qeydiyyata alınıb. Onlardan 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır. 2017-ci ilin  statistikasına  nəzər salanda görürük ki, son bir ildə narkomanların sayında artım müşahidə olunub.  2017-ci ildə narkomanların sayı 30 131 nəfər olub.  Belə ki, ötən il 1301 nəfər yeni narkoman qeydiyyata alınıb”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz