news Image
2019.03.15
18:30
| A A A
"Masallıya Xonçalı Novruz gəlir" mövzusunda tədbir keçirilib

Martın 14-də Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində Masallı rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə " Xonçalı Novruz gəlir" mövzusunda maraqlı Novruz tədbiri keçirilmişdir. 
Tədbirdə Mərkəzin müəllim və şagird kollektivi, Masallı rayon Təhsil Şöbəsinin əməkdaşları və digər qonaqlar iştirak etmişlər. 
İlk öncə, muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Əntiqə Tağıyeva qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. 
Ə. Tağıyeva muzeydə hər zaman maraqlı tədbirlərin keçirildiyini və bunun bir növ ənənə halını aldığını qeyd etdi. Bu gün birgə keçirdiyimiz tədbir isə, xalqımızın ən sevimli bayramlarından biri olan Novruza həsr edilmişdir. 
Mərkəzin direktoru Əsmər Axundova tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə muzey rəhbərliyinə təşəkkür etdi və bildirdi ki, gənc nəslin inkişafında hər iki qurumun göstərdiyi xidmətlər danılmazdır və bu gün keçirilən tədbir bunun bariz nümunəsidir. 
Masallı rayon Təhsil Şöbəsinin metodisti Münəvvər Əzimova isə hər iki qurumun – muzey və Mərkəzin rayonun ictimai-mədəni və təhsil həyatında oynadıqları müsbət rolu yüksək qiymətləndirdiyini vurğuladı. 
Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif incəsənət təmayüllü şagirdləri instrumental musiqi və şux rəqs nömrələri ifa edib, Novruzla bağlı şer parçaları səsləndirdilər. Bununla yanaşı, şagirdlər “Qayınana” kinofilminin motivləri əsasında hazırladıqları yumoristik teatr kompozisiyasını nümayiş etdirdilər. 
Sonda xatirə fotoları çəkdirildi.

Əlihüseyn Şükürov.