news Image
2019.03.15
14:18
| A A A
Mərdəkan qəsəbəsində 4 küçə təmir edilib, 4-də isə işlər davam etdirilir

Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsinin 4 küçəsində - 28 may küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin və 270 metrlik Qurban İsmayılov küçələrində təmir-bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Təmir-tikinti işləri hazırda 4 küçədə - 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin,1700 metr uzunluğunda olan Baba Əliyev və 750 metr uzunluğa malik Pioner küçələrində aparılır.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Küçələr boyu yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir.

Qeyd edək ki, sadalanan işlər əsasən qəsəbə və yaşayış məntəqələrində vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.