news Image
2019.03.16
20:03
| A A A
Masallı Gənclər Mərkəzində gənclərlə görüş keçirilib

15 mart 2019-cu il tarixdə Masallı şəhər Gənclər Mərkəzində gənclərlə görüş keçirilib. 
Görüşdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, YAP Masallı Rayon Təşkilatının gənclər birliyinin sədiri Məmmədhüseyn Hüseynov və Masallıdan olan fəal gənclərin bir qrupu, gənc birliklərin üzvləri iştirak etdilər.

Görüşdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Masallının ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açdılar. Əldə olunan uğurlara görə Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlıq bildirdilər.

Gənclərlə keçirilən görüşdə yaxın gələcəkdə Gənclər Mərkəzinin fəaliyyət istiqamətləri, struktur, gənclərin könüllü çalışmaları üçün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə danışıldı.

Səmimi ortamda və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclərin təklifləri dinlənildi.
Əlihüseyn Şükürov.