Əlaqə Arxiv
news Image
2019.03.21
18:28
| A A A
Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib (FOTO)

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, təntənəli mərasimlərdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

Tonqal ətrafında keçirilən bayram şənliklərində konsert proqramları təqdim edilib, hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

Sizin Reklam Yeriniz