Əlaqə Arxiv
news Image
2019.03.25
11:41
| A A A
Penitensiar Xidmət: Müalicə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Movqe.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Vəliyev Samir Cabir oğlu ilə qısamüddətli görüşə gələn əmisi, Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz