Əlaqə Arxiv
news Image
2019.03.26
18:00
| A A A
Bakıda ticarət mərkəzinin zirzəmisində yanğınsöndürmə işləri davam edir

Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir.

Trend-in məlumatına görə, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

Sizin Reklam Yeriniz