Əlaqə Arxiv
news Image
2019.04.08
12:25
| A A A
Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatı birgə 10 milyonuncu sakinlə bağlı fləşmob keçirib

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlər, islahatlarlar əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.  Movqe.az-ın məlumatına görə, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlməsi münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon gənclərinin iştirakı ilə fləşmob təşkil edilib. Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində “Biz 10 milyonluq ölkəyik” adlı ağacəkmə aksiyası və Heydər Əliyev adına mədəniyyət və istirahət  parkında tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti keçirilib. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

Sizin Reklam Yeriniz