news Image
2019.04.15
19:02
| A A A
Masallıda pedaqoji şuranın iclası keçirilib

Aprelin 10-da Masallı şəhər 3 nömrəli tam orta məktəbin iclas zalında ümumtəhsil məktəblərinin direktorları və Masallı rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə növbəti pedoqoji şuranın yığıncağı keçirilib. 
Yığıncağı Masallı rayon Təhsil Şöbəsiin müdiri Tariyel Əkbərov açaraq qeyd edib ki, “Ölkəmizi tanıyaq “ tur- aksiyasında iştirak etmiş məktəblilər arasında “Doğma yurdum Azərbaycan” mövzusunda inşa müsabiqəsinin qalibləri olan C.Qasımov adına Bambaşı kənd tam orta məktəbin X sinif şagirdi  Arzu Abdulhəsənova I yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin X snif şagirdi  Fəridə Quliyeva II yerə, Qızılağac kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytən  Nərimanova III yerə layiq görülüblər. Qalibləri təbrik edən təbrik edən Masallı rayon Təhsil Şöbəsiin müdiri Tariyel Əkbərov məktəblilərə uğurlar arzulayıb və onları Fəxri fərmanla təltif edib. 
Sonra isə Masallı rayon Təhsil Şöbəsiin müdiri Tariyel Əkbərov buraxılış imtahanlarına hazırlıqla əlaqədar fikirlərini bildirdi, şagirdlərin imtahanda iştirakının vacibliyini vurğuladı. O bildirdi ki, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şagirdlərin yeni şəxsiyyət vəsiqələri ilə təmin olunması məktəb rəhbərlərinin diqqət mərkəzində olmalıdır. Əmək intizamına riayət olunması haqqında danışan T.Əkbərov qeyd edib ki, məktəb rəhbərləri iş qrafikinə uyğun olaraq məktəbdə olmalı və tədris prosesinə ciddi nəzarət etməlidirlər. Təkcə tədrisin keyfiyyəti ilə deyil, həm də şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq hər bir müəllimin müqəddəs borcudur. Bizim məqsədimiz Vətənimiz üçün layiqli vətəndaş yetişdirməkdir.
Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov  çıxış edərək bildirib ki, məktəblər arasında pedaqoji əməkdaşlıq təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Masallı RTŞ metodkabinetinin müdiri Bəybala Xəlilov fənn müsabiqələri və pedaqoji mühazirələr barədə məruzə etdi.
Masallı RTŞ-nin metodistləri N.İsrafilov, T.Talıbzadə, Ə.Mahmudov öz çıxışlarında tədris prosesinin müxtəlif məsələlərindən danışıblar.
Qeyd edək ki, gündəlikdə duran məsələlər barədə Masallı rayon Təhsil Şöbəsinin məsləhətçiləri, metodistlər və məktəb rəhbərləri arasında məsələlər barədə fikir mübadiləsi aparılıb.
                                                                     

Əlihüseyn Şükürov