Əlaqə Arxiv
news Image
2019.04.15
21:36
| A A A
Masallıda şəhid Sübhan Malik oğlu Xəlilovun 50 yaşı tamam olması münasibətilə tədbir keçirilib

Masallı rayonunun Qızılağac kənd tam orta məktəbinin məzunu, Qarabağ döyüşlərində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə yüksəlmiş Sübhan Malik oğlu Xəlilovun  50 yaşı tamam olur. 
Bu münasibətlə məktəbdə geniş tədbir keçirildi. 
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Afəddin Kərimov, Qızılağac kənd ərazi nümayəndəsi əvəzi İlkin Quliyev, SHXÇDX Masallı rayon şöbəsinin zabiti Babək Hacıyev, Masallı Rayon Veteranlar Şurasının sədri  Məmmədağa Şiriyev, məktəbin müəllim və şagird kollektivi, şəhid valideynləri-ailə üzvləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak etdilər. 
Öncə şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər qoyuldu.
Tədbir g özəl və məzmunlu-böyük tərbiyəvi əhəmiyyəti olan tədbir idi. H əm rəsmi,həm də bədii-kompazisiya şəkilində keçirildi... Hər kəs öz ürək sözünü dedi.
Çıxış edənlər bildirdilər ki, Sübhan bu dünyaya Xəzərin qoynunda yerləşən Masallı rayonunun Qızılağac kəndində, ləpələr qoynunda boy atmışdı. Birinci, ilkin gördüyü də elə Xəzər, Xəzərin dalğalaı olmuşdu. Bəlkə elə Sübhanda uğaqlıqdan doğma torpağa məhəbbət elə dənizdən başlanmışdı. 1986-cı ildə  Qızılağac kənd tam orta məktəbini oxuyub qurtarandan sonra qonşu Lənkəran şəhərindəki sürücülük kursunda altı ay oxumuşdu, özünə sənət qazanmışdı.  
1987-1987-ci illərdə Krım vilayətində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdu. 1989-cu ildə Bakı şəhərindəki Neft Texnikumuna daxil olmuş, 1992-ci ilin oktyabr ayında isə könüllü olaraq Azərbaycan Milli Ordusunun tərkibində silaha sarılmış,  Qarabağa getmiş, bir çox kəndlərin müdafiəsində iştirak etmişdi.
Laçın rayonunu Finqə kəndinin azad olunmasında böyük igidlik göstərmişdi. Oktyabr ayının 28-də  Laçın rayonunu Finqə kəndində gedən döyüşlərdə bomba qəlpəsindən qəhrəmancasına həlak olmuşdur...
Qeyd edək ki,  Masallı rayonunun Qızılağac kənd 1 nömrəli tam orta məktəbinə cəsur döyüşçü, şəhid  Sübhan Malik oğlu  Xəlilovun adı verilmişdir. 
Sübhan cubay idi, heç bir nişanəsi qalmadı. Əvəzində canından çox sevdiyi Ana torpağa tapşırıldı; Xəzər dənizinin qoynundakı Qızılağac kəndində. Axı, dənizi çox sevirdi...
Allah rəhmət eləsin!

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz