Əlaqə Arxiv
news Image
2019.04.16
11:26
| A A A
Kənd Təsərrüfatı Nazirliyi 432 vakant vəzifə üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Movqe.az-a bildiriblər ki, müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=268&DoKod=208

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=267&DoKod=208 .

Sizin Reklam Yeriniz