Əlaqə Arxiv
news Image
2019.04.16
13:40
| A A A
ÜST-dən həyəcan siqnalı! Qızılca tüğyan edir

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə açıqladığı hesabat dünyada qızılca xəstəliyinin kəskin artdığını göstərir.

Movqe.az-ın məlumatına görə, 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə bu rəqəm 28 min olub.

Hesabata görə, bu müddət ərzində artıq 170 ölkə qızılcaya yoluxma faktı barədə xəbər verib. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında isə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.

Qeyd edək ki, 2017-ci ildə qızılcadan 110 min adam dünyasını dəyişib.

Sizin Reklam Yeriniz