Əlaqə Arxiv
news Image
2019.04.16
18:30
| A A A
ADAU-nun assistenti, dissertant Gülnar Bağırova Gürcüstanda keçirilən konfransda iştirak edib

Gürcüstanın Batumi şəhərində “İpəkçiliyin qorunması və bərpasına dəvət- problemlər və perspektivlər-SERİVİVAL 2019” çağırışı ilə Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosiasiyasının (BACSA-nın) 9-cu beynəlxalq konfransı keçirilib. Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliyi və Gürcüstanın Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə BACSA-ya üzv dövlətlərin nümayəndələr arasında Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asya bölgələrində ipəkçiliyin inkişafına dair bir çox məsələlər müzakirə edilib.

Konfransda tutçuluğa, ipəkqurdu yetişdirilməsinə, barama və ipək istehsalına, ipəkqurdu və yem bitkilərinin patologiyalarına, damazlıq və bakteriologiya sahəsində tədqiqatlara, eləcə də ölkə məlumatına və ipəkdən qeyri-toxuculuq-smart materiallar alınması perspektivləri və texnologiyalarına, baramadan sonrakı texnologiyalara, ipək müəssisələrinin və ticarətinin inkişafına həsr olunan məruzələrə əsas yer verilib.

Azərbaycan nümayəndə heyyəti AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) və BACSA-nın Azərbaycan üzrə koordinatoru olan dosent Yusif Şükürlünün başçılığı ilə Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri dosent Qüdrət Bəkirov, həmin şöbənin elmi işçisi Zərintac Şükürova, Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə olan Gəncə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun dosenti Namiq Həsənov və Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin, bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti, dissertant Gülnar Bağırova iştirak edib.

Gülnar Bağırovanın “Gəncə-Qazax regionunda ipəkqurdu inkişafının stimullaşdırılması” adlı məruzəsi maraqla dinlənilib

Sonda qeyd edildi ki, bu konfransda müzakirə olunan məsələlər-tutçuluq, ipəkqurdu yetişdirilməsi, barama və ipək istehsalı, ipəkqurdu və yem bitkilərinin xəstəlikləri, damazlıq və bakteriologiya sahəsində aparılan tədqiqatlardan alınan nəticələr Avropa və Orta Asiya ölkələrində İpəkçiliyin inkişafına öz müsbət təsirini göstərəcək.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz