Əlaqə Arxiv
news Image
2019.04.16
15:03
| A A A
"Mazımçay"da narkotik keçirmək istəyən şəxs saxlanılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz