news Image
2019.04.16
15:16
| A A A
Gürcüstandan Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Komitədən Movqe.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3 000 ədəd "King" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.