Əlaqə Arxiv
news Image
2012.05.03
17:00
| A A A
Ərzaq ucuzlaşdı
Aprel ayında ucuzlaşma 0,9 faiz təşkil edib

Movqe.az xəbər verir ki, bu ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmasına səbəb olub.
Dövlət Statistika Komitəsindənverilən məlumata görə, ay ərzində ərzaq məhsullarından unun, manna və qarabaşaq yarmalarının, vermişel və makaronun, çörəyin, mal ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, almanın, armudun, şabalıdın, qoz və fındığın, göyərtinin, pomidor və xiyarın, sarımsağın, göbələyin, soğanın, kartofun qiyməti ucuzlaşıb.
Ucuzlaşma ilə yanaşı aprel ayında qoyun ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qarğıdalı yağının, naringinin, bananın, kələmin, çuğundurun, kökün qiymətlərində bahalaşma da müşahidə olunub.

Tural QABILOĞLU

Sizin Reklam Yeriniz