Əlaqə Arxiv
news Image
2019.04.17
18:00
| A A A
ETSN bir sıra qurumlarla gursululuq dövrünə hazırlıq və yarana biləcək riskləri müzakirə edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı Nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.

Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi, 2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Sizin Reklam Yeriniz