Əlaqə Arxiv
news Image
2019.04.19
11:10
| A A A
Mayda neçə gün iş yoxdur?

Gələn ayın qeyri-iş günləri açıqlanıb.

Movqe.az xəbər verir ki, may ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

9 May- Faşizm üzərində Qələbə günü cümə axşamına təsadüf edəcək. 28 May - Respublika günü isə çərşənbə axşamına düşür. 

Xatırladaq ki, iyun ayında Azərbaycanda 3 bayram qeyd ediləcək. Belə ki, 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. 

İyun ayının 15-i şənbə gününə təsadüf etdiyi üçün növbəti həftənin ilk iş günü - yəni ayın 17-də də qeyri-iş günü olacaq. 

Sizin Reklam Yeriniz