Əlaqə Arxiv
news Image
2019.04.19
12:11
| A A A
"İranla ticarət dövriyyəsi 4 dəfə artıb" - Şahin Mustafayev

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının sənayə, mədən və turizm naziri Rza Mehmani Hacıqabul Sənaye Məhəlləsində mətbuat konfransı keçirib. 
Movqe.az -ın məlumatına görə, Ş.Mustafayev bildirib ki, Azərbaycan-İran arasında ticarət əlaqələri uğurla inkişaf edir: "İranın sənaye, mədən və turizm naziri Rza Mehmani ilə yeni layihələrlə bağlı fikir mübadiləsi apardıq. Bu gün Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimini həyata keçirdik". 

Nazir vurğulayıb ki, Pirallahı Sənayə Məhəlləsində təməli qoyulmuş dərman istehsalı zavodunun tikintisi də sürətləndiriləcək: "Azərbaycan və İran əlaqələri sənayə və sərmayələr sahəsində uğurla inkişaf edir. Bu ilin ilk iki ayı ərzində ötən ilin müvafiq dövri ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfədən çox artıb. Bu, çox yüksək göstəricidir". 

İran İslam Respublikasının sənayə, mədən və turizm naziri Rza Mehmani bildirib ki, iki ölkə arasında ticari əlaqələrin inkişafı üçün böyük potensial mümkündür. Onun sözlərinə görə, bunun üçün Şimal-Cənub, Şərq-Qərb dəhlizlərindən daha geniş istifadə olunmalıdır. 

Sizin Reklam Yeriniz