Əlaqə Arxiv
news Image
2019.04.22
22:00
| A A A
ADAU-nun Aqronomluq fakültəsinində “Beynəlxalq Yer Günü” ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinində Beynəlxalq Yer Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbiri fakültənin dekanı, dosent Məhərrəm İsmayılov açıb, “Beynəlxalq Yer Günü “haqqında məlumat verib, bu tədbirin hər il aqronomluq fakültəsində qeyd olunmasının əhəmiyyətini bildirib.

Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov “Beynəlxalq Yer Günü”nün mahiyyəti , məqsədi, xüsusi mühafizə olunan təbiət ərazilərindən məlumat verib.

Sonra tədbirə dəvət olunan Göygöl Milli Parkı elmi işlər , ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev və Milli Parkın baş elmi işçisi Zaur Məmmədov tədbirdə iştirak edən meşəçilik və ekologiya ixtisasının tələbələrinə Göygöl Milli Parkında mühafizənin təşkili, elmi işlərin aparılması, təbiət səlnaməsinin tərtibi, ekoturizm fəaliyyətinin hazırki vəziyyəti, 10 istiqamətdə ekoturların təşkili, ekoturizim marşrutları boyunca istiqamətverici və maarifləndirici lövhələrin yerləşdirilməsi və gələcək prespektivlər haqqında geniş məlumatlar veriblər.

“Beynəlxalq Yer Günü”ndə bir qrup tələbənin iştirakı ilə Universitetin tədris təcrübə təsərrüfatının ərazisində 100-dən çox çəkil ağacı əkilib.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz