Əlaqə Arxiv
news Image
2019.04.23
11:33
| A A A
Uşaq və böyük yaşlı əhalinin nəzərinə! Sabahdan "İmmunlaşdırma həftəsi" başlayır

Sabahdan etibarən Respublika üzrə Avropa "İmmunlaşdırma həftəsi"nə start veriləcək. Bu barədə Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki,  aprel ayının 24-dən başlanacaq "İmmunlaşdırma həftəsi" bu ayın 30-u  tarixində  yekunlaşacaq. A. Əliyeva "İmmunlaşdırma həftəsi"nin əsasən uşaqlar üçün nəzərdə tutulduğunu desə də, böyük yaş qrupunda əhalinin də qızılca və məxmərəyə qarşı peyvənd olunmasının mart-aperl ayının sonuna qədər nəzərdə tutulduğunu söylədi: "Hətta İmmunlaşdırma həftəsi çərçivəsində böyük yaşlı əhali də qızılca və məxmərəyə qarşı peyvənd oluna bilər". 

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” Əmr imzalayıb. Əmr, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin Azərbaycanda da  yüksək səviyyədə təşkili məqsədini daşıyır. Əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır: "Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz