Rusiya ən çox spam və şəbəkə hücumlarına hədəf olan ölkələr sırasında altıncı yeri tutub
Movqe.Az xəbər verir ki, Rusiya 2011-ci ildə "İnternetdə zərərli fəaliyyət" reytinqində onuncu yerdən altıncı yerə yüksəlib.
Qeyd edək ki, bu haqda konfrans zamanı Rusiya və MDB üzrə İnformasiya Təhlükəsizliyi Şirkəti "Symantec"-in rəhbəri Oleq Şaburov məlumat verib.
Avropa, Orta Şərq və Afrika regionları arasında Rusiya 2010-cu ildə olduğu kimi, birinci yeri tutur. Symantec-ə görə Moskvada Botların (yoluxmuş kompüterlər) ümumiqlobal sayı artıq 1%-dir. Moskavadan sonra isə botların sayına görə, Sankt-Peterburq, Tver, Nijniy Novqorod şəhəridir. 2011-ci ildə botların spam göndərməsi üzrə, Rusiya üçüncü yeri tutub.
Türkan Nadirqızı
Movqe.Az