Əlaqə Arxiv
news Image
2019.05.03
15:57
| A A A
Atasından Mahir Mədətovun soyadını dəyişməsi ilə bağlı ŞOK SÖZLƏR: O, fəraridir

Son günlərdə şəxsi həyatı ilə gündəmdən düşməyən prodüser Anar Mədətov bildirib ki, eks-həyat yoldaşı onun üzünə xlor atıb. 

Movqe.az xəbər verir ki, Anar Mədətov bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olarkən deyib.

Prodüser həyat yoldaşı Elnurə Mədətovanın onun üzərinə xlor atması xəbərini təsdiqləyib:

“Həmin informasiyanı anama kimin dediyini bilmirəm. Amma belə bir hadisə olub. Sağ qalmışam, buna da şükür”.

A.Mədətov oğlu Mahir Mədətovun soyadını dəyişməsinə də münasibət bildirib:

“Mahiri Əmrəli etmək istəyirlər. Zaqatalada bu soyad tanınmır. Qarabağın oyunu zamanı onu Mahir Mədətov 11 nömrə deyərək təqdim ediblər. Elə də qalacaq. Əmrəli Zaqatalada fəraridir, ölkədən qaçıb. Fərarinin soyadını oğluma ləqəb götürürlər?”

Sizin Reklam Yeriniz