Əlaqə Arxiv
news Image
2012.05.04
12:42
| A A A
Yayda soyuqdəyməyə səbəb nədir?
“Qızdırma, boğaz ağrı, yorğunluq hissi və s.”

Yayın isti havasında insan temperaturunun artması qəribə və eyni zamanda da ən çox rast gəlinən bir haldır. Bəs görəsən insan temperaturunun yüksəlməsinə səbəb nədir? Bu suala Movqe.Az-a həkim-terapevt Nəcibə Axundzadə açıqlama verdi.

Həkimin sözlərinə görə, son günlər temperatur yüksəlməsi faktları tez-tez qeydə alınır.

"Temperatur yüksəlməsinin səbəbləri müxtəlif olur. Temperaturun yüksəlməsi halına orqanizmə ya infeksiya düşdükdə, ya mərkəzi sinir sisteminin cavab reksiyası verdiyi təqdirdə rast gəlinir, əsas səbəb isə insan immunitetinin zəifliyidir.

Bundan başqa isti havada çoxu kondisionerin altında oturur. İnsan dərhal hiss etməsə də, ona bu zaman soyuq dəyir. İsti havada tərləyib, sonradan kondisionerin altında, güclü hava axınının təsirindən soyuqlayanlar da olur. Soyuqdəymə özünü dərhal deyil, sonradan hərarətin yüksəlməsi ilə göstərir", - N.Axundzadə dedi.

Nəcibə Axundzadənin sözlərinə görə, günvurmada temperaturun qalxmasına səbəb ola bilər:

"Günvurma, istivurma ilə əlaqədar da temperatur qalxa bilər. Günvurma ilə istivurma fərqli haldır. Günvurma halı birbaşa günəş şüalarının təsiri nəticəsində yaranır. İnsan bağlı, temperaturu yüksək olan otaqda da istivurmaya məruz qala bilər. Bu hal günvurmadan ağır olur və insan daha gec özünə gəlir".
Həkim normal orqanizmdə temperaturun 36-37 dərəcəyə qədər olduğunu vurğuladı. Ətraf mühitün temperaturu yüksək olduqda, orqanizm özünü soyuda bilmir.
Mayeni gün ərzində az qəbul etdikdə, insan kök, yaxud həddən artıq arıq olduqda, orqanizm hərarətini tənzimləyə bilmir və belə insanlar istidə daha çox əziyyət çəkir. 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz