news Image
2019.05.15
12:56
| A A A
Psixoloqların əməkhaqları artırıla bilər

Psixoloqların əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur.

Movqe.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Müəllimlər üçün belə qiymətləndirmənin artıq keçirildiyini deyən nazir müavini bildirib ki,
hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır:

“Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.