news Image
2012.05.04
12:24
| A A A
Bu ölkə dünyada ən güclü senzuraya sahibdir
“Jurnalistlər təqibə məruz qalırlar”

Movqe.Az xəbər verir ki, Eritreya – dünyada ən güclü sensura olan ölkədir. Beynəlxalq qeyri-hökumət təşkilatı "Jurnalistlərin Müdafiə Komitəsi" sihahı dərc edib.  JMK saytının xəbərinə görə, bu ölkələrdə ən güclü senzura mövcuddur. Qeyd edək ki, birinci yerləri Eritreya, Şimali Koreya, və Suriya tutur.

Şərqi Afrika, yəni Eritreya hökuməti hesabatda qeyd edirlər ki, "xarici mediyaya imkan vermirlər və ölkə daxilində baş verən hadisələri diktator nəzarəti altında saxlayırlar. İnformasiya Nazirliyi hər bir müsahibəyə nəzarət edir.

Hər dəfə hər hansı bir jurnalist kimdənsə müsahibə götürmək istəyərsə, o həmin şəxslə əvvəlcədən danışmalı, sonra isə müsahibəni hansı istiqamətdə idarə edəcəyini müzakirə etməlidir. Bu haqda Eritreyalı jurnalist JMK saytına danışıb.

2006-cı ildən dünyanın ən güclü senzura dövəti elan edilən Şimali Koreya "çox gizli yer" olaraq qalır. Bütün daxili xəbərlər, dövlət informasiya agentliyi olan KCNA tərəfindən yayımlanır.

Dördüncü yerdə isə Suriya və İran hökumətidir. Bu ölkələrdə sensura son illərdə əhəmiyyətli dərəcədə artmışdır. 2006-cı ildə Suriya doqquzuncu yeri tutursada, bu il üçüncüdür.

Qeyd edək ki, Suriyada senzura inqilabdan öncədə var idi. Lakin prezident Bəşşər Əsəd hakimiyyətə gəldikdən sonra, dahada güclənir.

Onuncu yerdə isə, Belarusiyadır. Ekspertlərin sözlərinə əsasən, hakimiyyət mətbuata qarşı bir sıra tədbirlər həyata keçirirlər. Misal üçün, jurnalistləri həbs edirlər, ölkədən qovurlar və s.

Onuda qeyd edək ki, JMK-nın siyahısına Ekvatorial Qvineya, Özbəkistan, Myanmar, Səudiyyə ərəbistanı və Kuba daxildi.

Türkan Nadirqızı

Movqe.Az